Füzulidə kitab sərgisi açılıb
Füzuli, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir kitab sərgisi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab sərgisi Füzuli Rayon Mərkəzi Kitabxanasında açılıb. Sərgidə müxtəlif kitablar nümayiş etdirilib.
Sərgi kitabxananın uşaq şöbəsində təşkil olunub. İştirakçılar isə əsasən məktəblilər olub.