CƏMİYYƏT
Füzulidə piyadanın ölümü ilə nəticələnən yol hadisəsi baş verib
Bakı, 2 avqust, AZƏRTAC
Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini R.Aslanov vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakini K.Kazımov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Rəfi Aslanovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Kazımov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən və avtomobilə baxış zamanı oradan ümumilikdə 51 qramdan artıq metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.