Füzulidə silah-sursat aşkar edilib VİDEO
Füzuli, 12 mart, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar olunması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə,
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı tərk edilmiş mövqelərdən 20 ədəd “SPİKE” markalı tank əleyhinə idarəolunan raket kompleksi, 2 ədəd “SPQ-9” markalı tank əleyhinə raket kompleksi, 11 ədəd müxtəlif markalı piyada əleyhinə raket kompleksləri, 2 ədəd qumbaraatan, 78 ədəd qumbaraatan mərmisi, 6 ədəd avtomat sandığı və 330 ədəd pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.