REGİONLAR
Füzulinin işğaldan azad edilmiş yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
Füzuli, 1 dekabr, AZƏRTAC
Füzuli rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb.
AZƏRTAC xəbər verir ki, 38 yaşayış məntəqəsi, 11 min 618 abonenti olan rayonun qazlaşdırılmasına 2008-ci ildən başlanılıb. 2008-2014-cü illərdə 9528 abonent təbii qazla təmin olunub. Bu ilin əvvəlindən isə rayonun Araz Zərgər, Araz Dilağarda kəndləri və məcburi köçkünlərin məskunlaşdığı “Qayıdış” qəsəbələri qazlaşdırılıb, 2090 mənzilə qaz xətti çəkilib. Qaz xətlərinin çəkilişi zamanı müasir standartlara cavab verən 637,65 kilometr polietilen və metal borulardan istifadə edilib, hər bir evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.