Azərbaycan Dövlət İnformasiya Agentliyi

G20 sammitinin başlıca məsələsi: qlobal problemlərin düzgün həlli yolu

G20 sammitinin başlıca məsələsi: qlobal problemlərin düzgün həlli yolu

Bakı, 2 iyul, AZƏRTAC

“Newtimes.az” portalında “G20 sammitinin başlıca məsələsi: qlobal problemlərin düzgün həlli yolu” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrinin (G20) zirvə görüşləri aktual problemlərin müzakirəsinə həsr edildiyindən, həmişə maraq doğurur. Bu dəfə də istisna olmadı. Yaponiyanın Osaka şəhərində keçirilən sammitdə qlobal miqyasda narahatlıq doğuran bir sıra problemlərin həlli yolları müzakirə olundu. Bu dəfə tədbir çərçivəsində aparılan müzakirələrlə yanaşı, ikitərəfli danışıqlar formatı da yer alıb. Və hər iki üsul maraqlı təsir bağışlayıb. Doğrudur, dünyanı narahat edən məsələlərin heç biri ilə bağlı konkret razılıq əldə edilməyib. Ancaq böyük dövlətlər öz mövqelərini ifadə etməklə müəyyən məqamlara aydınlıq gətiriblər. İkitərəfli görüşlərdə isə konkret problemlər üzrə fikir mübadiləsi aparılıb. Bütövlükdə müzakirələrin məzmunu göstərir ki, artıq dünya miqyasında hamının qəbul etdiyi problemlər mövcuddur. Onların həlli zamanı isə artıq yetişib. Əgər həmin istiqamətdə ciddi addımlar atılmasa, sonuc bütün dünya üçün pis ola bilər. Bəlkə də bu kimi nəticə sammitin başlıca yekunudur. Onun növbəti tədbirlər üçün düşünməyə əsas verdiyi şübhəsizdir. Həmin kontekstdə sammitdəki müzakirələrin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Bəşər övladının qayğıları: Osakada gərgin müzakirələr

“Böyük iyirmiliyə” daxil olan ölkələrin liderlərinin növbəti sammitinə ekspertlər öncədən elə də nikbin baxmırdılar. Hesab edilirdi ki, dünyada yığılıb qalmış geosiyasi, hərbi, iqtisadi və ticari problemlərin bir tədbirdə həlli imkansızdır. Hətta ayrı-ayrı məsələlər üzrə ciddi irəliləyişin əldə ediləcəyinə də inam az idi. Müəyyən mənada bu proqnozlar özünü doğrultdu. Ancaq sammit tam səmərəsiz də olmadı.

Yekun bəyannamədə ifadə edilən fikirlər onu göstərir ki, bir sıra məsələlər üzrə ortaq mövqeyə gəlmək mümkün olub. Yaponiyanın Baş naziri Şinzo Abe də mətbuata verdiyi açıqlamada bu barədə danışıb. O, sammitin nəticələri ilə bağlı danışarkən qeyd edib: “İyirmilər”lə bağlı ən müxtəlif rəylər mövcuddur. Deyirlər ki, bu klubda mövqe eyniliyi tapmaq çətindir. Ancaq vacibdir ki, biz bir çox problemlərə ümumi yanaşma tapa bildik, ziddiyyətləri qabartmadıq, lakin ortaq məqamlara diqqət yönəltdik”. Bütövlükdə sammitin ən böyük nailiyyəti iştirakçıların azad və sərbəst ticarətin inkişaf etdirilməsində eyni mövqedə olması ilə bağlıdır.

Tədbirdə vurğulanıb ki, hazırda bu sahədə problemlər çoxdur. Ticarətdə proteksionizm başlıca prinsipə çevrilməkdədir. Xüsusilə, Amerikanın apardığı ticarət müharibələri dünya miqyasında vəziyyətə neqativ təsir edir. Çinlə bu sahədə olan qarşıdurmadan bütün dünya ziyan görür. Ümumiyyətlə, qloballaşmanın indiki mərhələsində ticarətin qarşısına çıxarılan hər bir maneə hamının zərərinədir. Müzakirələrdən sonra ifadə edilən fikirlər və yekun sənəddə əksini tapan müddəalar göstərir ki, bununla bağlı tədbir iştirakçıları ortaq fikrə gəliblər ki, bunu da siyasi liderlər müsbət addım hesab edirlər.

Sammitin başqa müsbət nəticəsi informasiya terrorunun qarşısının alınması ilə bağlıdır. Hazırda radikal qruplar təbliğatlarını əsasən İnternet üzərindən qururlar. Və uğur da əldə edirlər. Onlar bu üsulla özlərinə kifayət qədər tərəfdaş toplaya biliblər. Bu proses davam edir. İndi dünyanın bir sıra regionlarında terror təbliğatı aparan qruplar güclərini artırmaqdadırlar. Belə getsə, yaxın perspektivdə dini zəmində terror qarşıdurmaları daha geniş məkana yayıla bilər. Bütün bunlara görə, dünya dövlətləri İnternet vasitəsi ilə terror təbliğatının aparılmasına qarşı ortaq hərəkət etməlidirlər. Osakada bununla bağlı razılıq əldə olunub və o, yekun bəyannamədə öz əksini tapıb.

Ekspertlərin tədbirlə bağlı söylədikləri fikirlərdə iqlim məsələsi ayrıca vurğulanır. Məsələ ondan ibarətdir ki, bu mövzuda mübahisələr daha kəskin olub. Ş.Abenin dediyinə görə, Fransa nümayəndələri yekun sənəddə iqlim dəyişiklikləri ilə bağlı Parisdə qəbul edilmiş sənəd əks olunmasa, onu imzalamayacaqlarını ifadə ediblər. Məlumdur ki, ABŞ Paris müqaviləsindən çıxıb. Bu səbəbdən, müzakirələr bir qədər qızğın olub. Lakin sonucda ortaq mövqeyə gəlinib və bununla bağlı maddə təsbit edilib.

Ekoloji aspektdə digər aktual məsələ plastik qabların istifadəsi ilə bağlı olub. Dünya okeanı plastik tullantılarla çirklənir. Dünyada ən çox plastik qab ABŞ-da istehsal olunur. Sonrakı yerləri Çin, Yaponiya və digərləri tutur. Bu tendensiyanın təhlükəli olduğu vurğulanıb və plastik qabların istehsalının məhdudlaşması, daha sonra isə dayandırılması ilə bağlı müzakirələr aparılıb. 2050-ci ilədək dünya sularının plastik tullantılarla çirklənməsinin tamamilə qarşısının alınması qərara alınıb.

Ədalət və beynəlxalq hüquq: xilas yolunun iki aspekti

Bu kimi pozitiv məqamlarla yanaşı, tədbir iştirakçıları dünya miqyasında siyasi vəziyyətin pisləşməsindən narahatlıqlarını ifadə etməkdən çəkinməyiblər. Onlar iqtisadi vəziyyətin pisləşməsi qədər geosiyasi mənzərənin də gərginləşməsindən narahat olduqlarını açıq deyiblər. Bu sıraya ticarət müharibələri ilə yanaşı, müxtəlif regionlarda müşahidə edilən münaqişələr də daxildir. Bu kontekstdə sammit iştirakçıları İran problemi üzərində xüsusi dayanıblar.

İştirakçıların hamısı bu məsələdən ciddi narahat olduqlarını ifadə ediblər. Baş nazir Ş.Abe mətbuat konfransında həmin məsələ ilə bağlı deyib: “G20 ölkələri İran ətrafında yaranmış situasiyadan böyük qayğı duyduqlarını ifadə ediblər. Regionda gərginlik artır, ABŞ-ın pilotsuz uçan təyyarəsi vurulub. Bir sıra ölkələr bununla bağlı narahatlıqlarını bildiriblər. Tankerlərlə bağlı münaqişələr olub”.

Aydındır ki, “İyirmilik” qrupu təsadüfən İran məsələsini qlobal geosiyasi gərginlik kontekstində xatırlatmayıb. Burada ifadə edilir ki, ABŞ-İran qarşıdurması ancaq bu ölkələrin sərhədləri ilə məhdudlaşmır. Onun bütün dünyaya təsiri qaçılmaz olacaq. Və həmin dalğa siyasi, iqtisadi, hərbi, geosiyasi və digər sferalarda öz mənfi təsirini göstərəcək. Bu səbəbdən, İranla bağlı ədalətli və ehtiyatlı mövqe tutmaq gərəkdir. Məlumdur ki, bu cür mövqe Türkiyə və Rusiya tərəfindən bir neçə dəfə ifadə edilib.

Ümumilikdə, qlobal geosiyasi proseslərlə bağlı narahatlığın yekun sənəddə öz əksini tapması ciddi faktdır. Bir daha nüfuzlu beynəlxalq bir qurum etiraf edir ki, dünya miqyasında geosiyasi, siyasi, hərbi və iqtisadi proseslər düzgün istiqamətdə getmir. Böyük dövlətlərin öz maraqları naminə beynəlxalq hüququ tapdalaması öz mənfi nəticələrini verməkdədir. Artıq bu proses o səviyyəyə çatıb ki, üzərində ciddi işləmək lazım gəlir.

Osaka sammitinin G20-nin digər sammitlərindən əsas fərqi ondan ibarətdir ki, onun çərçivəsində ikitərəfli danışıqlara daha çox diqqət yetirilib. ABŞ-Çin, ABŞ-Türkiyə, ABŞ-Rusiya, Türkiyə-Rusiya, Fransa-Rusiya və digər ikitərəfli danışıqların nəticələrinin şərhi KİV-də geniş yer alıb. Və maraqlıdır ki, onlara sammitin yekun sənədində ifadə edilən fikirlərdən az əhəmiyyət verilməyib. ABŞ-Türkiyə, ABŞ-Rusiya və ABŞ-Çin danışıqları xüsusi maraq doğurub. Donald Trampla Vladimir Putin saatyarımlıq müzakirələrdə tərəfləri maraqlandıran bütün problemlərə toxuna biliblər. Konkret nəticə olmasa da, mövqelər aydınlaşdırılıb və birgə işləməyi davam etdirmək qərara alınıb. Donald Trampla Rəcəb Tayyib Ərdoğanın görüşü isə konkret nəticə verib. ABŞ Prezidenti Türkiyəyə qarşı səhv mövqe tutduqlarını etiraf edib və müəyyən işlər görməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, Ankaraya qarşı sanksiyalar tətbiq edilməyəcək.

Rusiya-Türkiyə danışıqlarında başlıca mövzu qarşılıqlı əməkdaşlıq və Suriya məsələsi olub. Hər iki mövzuda ortaq mövqeyə gəlinib. V.Putin Suriyada vəziyyətin iki ölkə tərəfindən tam nəzarətdə olduğunu deyib. Rusiya Prezidenti Suriya ilə bağlı daha çox Türkiyə ilə müzakirələr apardıqlarını da ifadə edib.

Vurğulanan məqamlar G20 ölkələrinin sammitinin ümumi ruhunu əks etdirə bilir. Aydın görünür ki, dünya iqtisadiyyatının ən böyük 20 ölkəsini ticarətlə yanaşı, geosiyasi məsələlər də narahat edir. Bu təşkilat etiraf edir ki, dünya miqyasında kifayət qədər problemlər yığılıb qalıb və onları həll etmək zəruridir. Əks halda, bütün ölkələr ziyan görəcək. Hətta böyük müharibə belə yarana bilər. Bunun birbaşa səbəbi kimi Şimali Koreya, beynəlxalq terrorla bərabər İrana qarşı olan münasibəti də göstərmək olar. Deməli, Osaka sammiti bütün dünyaya bir daha sadə bir həqiqəti xatırlatdı: ədalət və beynəlxalq hüquq bütün problemlərin düzgün, sivil həlli yoludur. Yuxarıda vurğulanan bütün problemləri birləşdirən də bu iki çatışmazlıqdır. Onlar birbaşa ədalətin və beynəlxalq hüququn prinsiplərinin pozulması nəticəsində meydana gəlib.

Beləliklə, Osaka sammiti birbaşa yekun sənəddə ifadə edilən fikirlərlə yanaşı, strateji xarakterli problemlərin həllinin perspektivinin müəyyən edilməsi baxımından da maraqlı olub. Dünyanın böyük dövlətlərinin liderləri canlı ünsiyyətdə 20 aparıcı ölkənin narahatlıqlarını bir daha dinləyiblər. Onlar özləri bundan nəticə çıxarmalıdırlar. Osaka sammiti də sübut etdi ki, indiyə qədər şəxsi maraqlara üstünlük verməklə heç bir dövlət heç bir problemini həll edə bilməyib. Əksinə, meydana yeni çətinliklər çıxıb. Bu baxımdan Osaka zirvə görüşünün başlıca sualını belə ifadə etmək olar: “bu cür davam etməyin mənası vardırmı?”

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT