Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gələcəyimizə böyük qayğı, mənəvi dəyərlərimizə dərin hörmət və gündən-günə güclənən ordu

Gələcəyimizə böyük qayğı, mənəvi dəyərlərimizə dərin hörmət və gündən-günə güclənən ordu

Muxtar respublikada ötən ayın mənzərəsini məhz belə ifadə etmək olar

Naxçıvan, 7 iyul, AZƏRTAC

Heç kəsə sirr deyil ki, hər bir ölkənin, məkanın xoşbəxt gələcəyini bu gün həyata keçirilən praqmatik siyasət müəyyənləşdirir. Çünki yalnız belə idarəetmə məsələlərə konstruktiv yanaşmanı təmin edərək, siyasi və iqtisadi gələcəyimizi uğurlu şəkildə modelləşdirə bilər.

Bu baxımdan Naxçıvan Muxtar Respublikasında reallaşdırılan, keçmişimiz, bu günümüz və gələcəyimiz arasında bütövlük yaradan inkişaf strategiyası xüsusilə diqqəti cəlb edir. Muxtar respublikada həyata keçirilən islahatlar bu gün bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, ötən illər ərzində makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Əldə olunan nəticələr seçilən düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlik əsasında həyata keçirilən islahatlar Naxçıvanın gələcək inkişafına təminat verir. Bu siyasətin tərkib hissəsi kimi, gələcəyimiz olan uşaqlara göstərilən böyük diqqət və qayğı həm də kadr potensialımızın müasir dövrün tələbləri səviyyəsində formalaşmasına şərait yaradır.

İyunun 1-də – Uşaqları Beynəlxalq Müdafiə Günündə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivalda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Ulu Öndərimizin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın görünür. Bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeganə ölkədir ki, müharibə şəraitində olmasına baxmayaraq sosial sahəyə, ana və uşaq hüquqlarının qorunmasına diqqət göstərilir, dövlət proqramları qəbul edilir. Uşaqların istedadlarının üzə çıxarılması, biliklərinin artırılması dövlət orqanlarının həyata keçirməli olduğu əsas tədbirlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir”.

Bu gün respublikamızda, o cümlədən qədim diyarda reallaşdırılan dövlət uşaq siyasətinin mahiyyətini, əhəmiyyətini daha yaxşı anlamaq üçün dünyanın bəzi ölkələrində yaşayan uşaqların acınacaqlı həyat tərzinə, onların başına gətirilən faciələrə nəzər salmaq kifayətdir. Bu mənada, bugünkü mövcud sabitlik və inkişaf bizim ən böyük sərvətimiz hesab oluna bilər. Bundan gələcəyimiz olan uşaqlara da böyük pay düşür.

Bu gün muxtar respublikada uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Ötən müddət ərzində uşaqların təhsili sahəsində mühüm işlər görülüb, şəhər, qəsəbə və kəndlərimizdə ümumtəhsil məktəbləri istifadəyə verilib, onların maddi-texniki bazası gücləndirilib. Məktəblərimizdə informasiya texnologiyalarının son nailiyyətləri olan avadanlıqlar quraşdırılıb. Bu gün muxtar respublikada məhdud fiziki imkanlı uşaqların da təhsilə cəlb olunması və reabilitasiyası diqqət mərkəzindədir. Bu məqsədlə dövlət proqramının qəbul edilməsi və uğurlu icrası uşaqlara göstərilən dövlət qayğısının ifadəsidir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən festivalda Ali Məclis Sədrinin təhsil, idman, musiqi, rəsm və tətbiqi sənət sahələrində nailiyyətlərinə görə fərqlənən uşaqlara hədiyyələr təqdim etməsi də gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğının növbəti nümunəsidir.

Muxtar respublikanın sosial-iqtisadi inkişafı, təbii sərvətləri, turizm potensialı, təbii şəfa ocaqları, qabaqcıl təhsil müəssisələri, regional nəqliyyat imkanları bu gün bir sıra ölkələrin diqqətini cəlb edir, onu beynəlxalq cazibə mərkəzinə çevirir. Muxtar respublikaya səfər edən nüfuzlu ölkələrin diplomatları da bu məqamları xüsusi qeyd edir, uzun illər blokada şəraitində yaşasa da, böyük inkişafa nail olan Naxçıvanda görülən işlərə heyranlıqlarını ifadə edir, muxtar respublika ilə ölkələrinin çoxşaxəli əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayırlar.

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb. Ali Məclisin Sədri Niderland Krallığının ölkəmizdəki səfirlərinin 2012-ci ildən etibarən muxtar respublikaya mütəmadi səfər etdiklərini və bunun nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Niderland Krallığı arasında iqtisadi-ticarət əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Hazırda bu əlaqələrin davam etdirildiyini bildirən Ali Məclisin Sədri kənd təsərrüfatı texnikalarının, tibbi avadanlıqların və dərman vasitələrinin alınması sahəsindəki əməkdaşlıqdan danışıb.

İyunun 14-də Ali Məclisin Sədri Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb. Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan və Qazaxıstan xalqlarının eyni kökə malik olduğunu və ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini xatırladan Ali Məclisin Sədri hər iki ölkə Prezidenti tərəfindən dostluq münasibətlərinin davam etdirildiyini bildirib.

Muxtar respublikamızda hərbi, iqtisadi, enerji, ərzaq, ekoloji, kiber və informasiya təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır, həmin istiqamətlərdə fəaliyyət göstərən dövlət qurumları öz səylərini əsirgəmirlər. Təhlükəsizliyimizin təminində xüsusi rol oynayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, xidmətin müvafiq strukturları üçün lazımi iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq iyunun 2-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binası və təlim mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri açılış mərasimində iştirak edib, açılışı bildirən lenti kəsib, şəxsi heyəti salamlayıb, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinə alınan yeni texniki avadanlıqlara baxıb.

Hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.

İyunun 14-də keçirilən iftar mərasimində çıxış edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Dini dəyərlər hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır” fikrini xatırladaraq deyib: “Azərbaycan xalqı əsrlər boyu zəngin dini-mənəvi dəyərlər sistemi yaratmış, bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Ramazan ayı da milli-mənəvi həmrəyliyin və humanizmin təntənəsini nümayiş etdirən ən ali dini dəyərimizdən biridir. Müqəddəs “Qurani-Kərim”in insanlara çatdırıldığı bu ayın ən böyük fəziləti sülhə, əmin-amanlığa və savab işlərə çağırışdır”.

Ali Məclisin Sədri müqəddəs Ramazan ayında niyyətlərin və duaların qəbul olunmasını arzulayıb.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər və Psixi Xəstəliklər dispanserlərində, Naxçıvan Muxtar Respublikası Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində, eləcə də Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrələri açılıb.

Ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü işlər bu gün uğurla davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib. Yüksək döyüş hazırlığına görə dünyanın qabaqcıl ölkələrinin ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu doğma yurdumuzun təhlükəsizliyinin qarantına çevrilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 12-dən etibarən Naxçıvanda keçirilən iki ölkənin Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimləri ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

İyunun 15-də – Milli Qurtuluş Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqada komandiri, general-mayor Ərcan İlhan birgə əməliyyat taktiki təlimi izləyiblər.

Təlimə cəlb edilmiş birləşmə və hissələr qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirərək hədəflərin 90 faizindən çoxunu məhv edib və düşmən üzərində qələbə çalıblar.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil olmuş yeni silah, texniki avadanlıqlar və pilotsuz uçuş aparatlarına baxıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər, zabit və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş bayramı münasibətilə təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün müstəqil Azərbaycanda ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkə Prezidentinin rəhbərliyi ilə ordumuz inkişaf edərək ən müasir səviyyəyə gəlib çatmışdır. Ən yeni silah və texnika ilə təminat, vətənpərvər və peşəkar şəxsi heyət, hərbi qulluqçulara davamlı qayğı Azərbaycan Ordusunun reallıqlarıdır. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu və birləşmələri də mühüm təşkilatlanma yolu keçərək daha da möhkəmlənmişdir”.

Ali Məclisin Sədri hərbi təlimin bütün iştirakçılarını və təşkilatçılarını tapşırıqların uğurlu icrası münasibətilə təbrik edib, şəxsi heyətlərə təşəkkürünü bildirib, təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Hər bir ölkə üçün ordu quruculuğu prosesində milli hərbi kadrların hazırlanması mühüm əhəmiyyətə malik sahə kimi daim prioritet təşkil edir. Respublikamızda bu sahəyə xüsusi önəm verilir, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli, yüksək mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Heydər Əliyev adına Hərbi Liseyin timsalında bunu daha aydın görmək mümkündür. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə lisey qısa zamanda böyük inkişaf yolu keçib, burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Builki məzunlar da nəzərə alınmaqla, ötən dövr ərzində təhsil ocağını 2353 kursant bitirib. Hazırda onlardan 1300-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu, Ulu Öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir.

İyunun 22-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2017-ci il buraxılışı münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 17-ci buraxılışı – məzun günü münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri təbrik edib.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Ali Məclisin Sədri yeməkxanada olub, kursantların qidalanması ilə maraqlanıb, valideynlərlə görüşüb.

Reallıqdır ki, tarixdə şəxsiyyət mühüm rola malikdir. Şəxsiyyəti olmayan xalq heç vaxt inkişaf edə bilməz. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir. Onların xoşbəxtliyi, səadəti Vətənə xidmətdədir. Bir Şumer dastanında belə insanlar barədə deyilir: “Onlar tarix yazmırlar ki, tarixdə qalsınlar. Onlar tarix yaradırlar ki, tarixi yaşatsınlar”. Naxçıvanın ötən illər ərzində yazılan və yaradılan tarixi də məhz belə işıqlı ideyalara söykənir. 2017-ci ilin iyun ayı da bu tarixdə özünün layiqli yerini alıb.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO