CƏMİYYƏT
“Gələcəyinə biganə qalma” layihəsinə yekun vurulub
Bakı, 10 fevral, AZƏRTAC
Sumqayıtda reallaşdırılan “Gələcəyinə biganə qalma” layihəsi çərçivəsində şəhər Gənclər Evində yekun seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə Prezident yanında Gənclər Fondunun maliyyə, şəhər gənclər və idman baş idarəsinin, “Sumqayıt Gənclərinin Sağlam Gələcəyi” təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə icra olunub.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi ictimai həyatda gənclərin fəallığının artırılmasını, müxtəlif sahələri təmsil edən gəncləri bir araya gətirərək onlar arasında fikir mübadiləsinin aparılmasını təmin etməkdir.
Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova, Baş İdarənin əməkdaşı Ceyhun Hüseynov və layihə rəhbəri Səxavət Eminov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində əldə olunan uğurlardan danışıblar.
Seminarda gənclərin cəmiyyətdə təşəbbüskarlığının, müxtəlif sosial layihələrdə dinamizminin artırılması, könüllülük fəaliyyəti və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, qrup çalışmaları yerinə yetirilib.
Sonda layihənin icrasında fəallığı ilə seçilən gənclər mükafatlandırılıblar.