İQTİSADİYYAT
Gələn ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcəkdir
Bakı, 2 noyabr (AZƏRTAC). Gələn ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək və büdcə layihəsini builki strateji hədəflərimizin davamı kimi qiymətləndirmək olar.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirmişdir.
Nazir müavini qeyd etmişdir ki, bu ayın sonunda Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlanacaqdır. Büdcə layihəsində bir sıra sosialyönümlü xərclər də nəzərdə tutulmuşdur. İnvestisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcəkdir. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər təxminən builki səviyyədə olacaqdır. Məqsəd artıq başlanılmış investisiya layihələrinin, o cümlədən infrastruktur layihələrinin qısa zamanda başa çatdırılmasıdır.