GƏNC AİLƏNİN PROBLEMLƏRİNƏ DAİR “DƏYİRMİ MASA”
Elmi Tədqiqat Mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirin keçirilməsindən əsas məqsəd “Gənc ailə” dövlət proqramının gerçəkləşdirilməsi sahəsində vəziyyəti öyrənmək, gənc ailələrin qarşılaşdığı problemləri araşdırmaqdır. ”Dəyirmi masa”nın iclasında müxtəlif gənclər təşkilatlarının, Qadın Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri iştirak etmişlər.