MƏDƏNİYYƏT
Gənc müğənninin “Axşamüstü Qarabağdan” adlı solo konserti
Bakı, 29 noyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, birinci muğam televiziya müsabiqəsinin laureatı, gənc xanəndə Vüsalə Musayevanın “Axşamüstü Qarabağdan” adlı solo konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə xanəndəni Nahid Məmmədovun bədii rəhbəri olduğu “Şahnaz” instrumental ansamblı müşayiət edib.
Vüsalə Musayevanın ifasında səslənən biri-birindən təravətli musiqi nömrələri tamaşaçılara unudulmaz anlar bəxş edib. Xanəndə xalq mahnıları və təsniflərlə yanaşı, bəstəkar mahnılarını da səsləndirib. Konsertə “Qarabağ” şikəstəsi ilə yekun vuran gənc xanəndəni tamaşaçılar ayaqüstə alqışlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf
- 03.05.2024 [23:19]
Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [23:10]
Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib
- 03.05.2024 [22:11]