GƏNC PƏHLƏVANLARIN UĞURLU ÇIXIŞI
Azərbaycan güləşçiləri İranın Mazandaran şəhərində keçirilmiş yunan-Roma güləşi üzrə beynəlxalq gənclər turnirində uğurla çıxış etmişlər. Gənclər İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Natiq Bağırov (55 kq), Elvin Abdullayev (60 kq), Orxan Əliyev (66 kq) birinci, Samir Abdullayev (55 kq) və Cəlal Bahadurov (84 kq) ikinci, Sakit Cəlilov (50 kq) üçüncü yeri tutmuşlar. Komanda hesabında Azərbaycanın yığması ikinci yerə çıxmışdır.