Gənc pianoçunun uğuru
Sumqayıt, 4 fevral , Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin gənc musiqiçiləri növbəti uğura imza atıblar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi Fidan Mirzəyeva beynəlxalq müsabiqənin laureatı olub.
O, Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən beynəlxalq vokal-instrumental müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülüb.
Fidanın uğurunu onu müsabiqəyə hazırlayan müəllimi Səbinə Həmidova bölüşüb.