Gənc pianoçunun uğuru
Sumqayıt, 15 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin yetirməsi uğura imza atıb. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan məktəbin fortepiano sinfi üzrə şagirdi Ayla Pənahova Rumıniyada onlayn formatda təşkil olunan beynəlxalq müsabiqədə qələbə qazanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, gənc musiqiçi Buxarest şəhərində keçirilən “Qış Nağılı-2022” adlı müsabiqədə öz yaş kateqoriyasında “2-ci dərəcəli laureat” adına layiq görülüb.
Qalibi müsabiqəyə müəllimi Esmira Əliyeva hazırlayıb.