Gəncə, 14 yanvar, AZƏRTAC
Gəncəyə ilin ilk qarı yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünən gecə saatlarından başlayan qarın yağması hələ də davam edir.
Qar Gəncə şəhəri ilə yanaşı, Qərb bölgəsinin Daşkəsən, Göygöl və Gədəbəy rayonlarında da müşahidə edilib.