Gəncə Dövlət Kukla Teatrı Qaxda
Qax, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkil etdiyi teatr kollektivlərinin regionlara qastrol səfərləri çərçivəsində Gəncə Dövlət Kukla Teatrının kollektivi Qax Dövlət Kukla Teatrının qonağı olub. Teatrın yaradıcı kollektivi tamaşaçılara rus uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Korney Çukovskinin “Milçək-Vizilçək” tamaşasını təqdim edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Kukla Teatrından məlumat verilib.
Tamaşanın quruluşçu rejissoru Zülfiyyə Əliyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyev, kuklaçı rəssamı Təranə Cəfərova, musiqi tərtibatçısı Aynur Cahangirovadır.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.