REGİONLAR
Gəncə Dövlət Universitetində seminar keçirilib
Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Open science Azərbaycan: gənc tədqiqatçılar arasında open science platformasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında seminarın gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri (AGADMC), fəlsəfə doktoru İlqar Orucov layihənin qısa təqdimatını verdikdən sonra, AGADMC-nin eksperti, dosent Ruslan Rəhimli “Open Science - elmin inkişafı üçün yeni konsepsiyalar” və “Tədqiqatçılar arasında beynəlxalq elmi platformaların təşviqi” mövzularında çıxış edib.
Seminarın sonunda iştirakçı tələbələrə sertifikatlar verilib.