CƏMİYYƏT
Gəncə Regional Mərkəzi “dəyirmi masa” keçirib
Bakı, 30 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində FHN-in Gəncə Regional Mərkəzinin rayon icra hakimiyyəti, özünüidarəetmə orqanları və yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlər” mövzusunda “dəyirmi masa” keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, yerli icra qurumlarının nümayəndələri, bələdiyyə sədrləri və müvafiq xidmət rəhbərləri iştirak ediblər.
“Dəyirmi masa”da yanğınların qarşısının alınması istiqamətində görülən işlər, baş vermiş yanğınlar, fövqəladə halların qarşısının alınması zamanı qarşılıqlı fəaliyyətin təşkili, istifadə olunmamış imkanlar və perspektivlər barədə müzakirələr aparılıb və monitorinqlərin nəticələrini əks etdirən slaydlar nümayiş olunub.