Gəncə şəhər sakinində narkotik maddə aşkarlanıb
Bakı, 20 fevral, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şükür Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis idarəsində onun üzərində axtarış aparılan zaman kağız bükülüdə 7,85 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ş.Vəliyevin şəhər ərazisindəki mənzilinə baxış keçirilib. Mənzilin zirzəmisindən sellofan torbada 130,78 qram heroin aşkarlanıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırmalar davam etdirilir.