Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Rayonun inzibati ərazisində yeni salınmış yaşayış məntəqələri müvafiq olaraq Cavadxan, Məhsəti, Nətavan, Sadıllı, Şıxzamanlı adlandırılsın.

2. Cavadxan, Məhsəti, Nətavan, Sadıllı, Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilsin və həmin qəsəbələr Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

3. Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

4. Məhsəti qəsəbəsi mərkəz olmaqla Məhsəti qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

5. Nətavan qəsəbəsi mərkəz olmaqla Nətavan qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

6. Sadıllı qəsəbəsi mərkəz olmaqla Sadıllı qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

7. Şıxzamanlı qəsəbəsi mərkəz olmaqla Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin