SİYASƏT
Gəncədə Dövlət Bayrağı günü təntənə ilə qeyd edilmişdir
Gəncə, 10 noyabr (AZƏRTAC). Noyabrın 9-da Gəncənin Bayraq Meydanında Dövlət Bayrağı Gününə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, N saylı hərbi hissənin əsgərlərin hərbi marşın sədaları altında dövlət bayrağının önündən keçərək ona sadiqliklərini nümayiş etdirmişlər.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir. O demişdir ki, hər bir dövlətin bayrağı həmin ölkənin vətəndaşları üçün müqəddəs and yeridir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilmiş iclasında qəbul edilmiş və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olan üçrəngli bayrağımız Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşduqdan sonra milli müstəqilliyimizin rəmzinə çevrilmişdir. Ölkə başçısının təşəbbüsü ilə paytaxt Bakıda ucaldılmış, hündürlüyünə və əzəmətinə görə dünyada birinci olan Azərbaycanın dövlət bayrağı xalqımızın əsl qürur mənbəyidir.
Tədbir böyük bayram konserti ilə davam etdirilmişdir.