Gəncədə “Əzm Marafonu” start götürüb
Gəncə, 29 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Heydər Əliyev adına Park-Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Əzm Marafonu” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Gənclər Evinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə 250 gənc qalib adı uğrunda mübarizə aparıb.
Marafonun yekununda yer tutan ilk on nəfər gənc diplom və hədiyyələrlə təltif olunub.