REGİONLAR
Gəncədə, Göyçayda və Şəkidə treninqlər keçirilib
Bakı, 9 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə gənclər, Göyçayda məcburi köçkünlər və Şəkidə arıçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və maariflənmə imkanlarının təmin edilməsi məqsədilə keçirilmiş treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, yeni məhsul istehsalı və xidmətlərin göstərilməsinin təşkili, arıçılıqda səmərəliliyin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.
Treninqlərdə iştirakçılar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.