GƏNCƏDƏ MƏKTƏB BUFETLƏRİNƏ REYDLƏR KEÇİRİLƏCƏK
Gəncə, 26 sentyabr (AZƏRTAC). Gəncədəki orta məktəblərdə fəaliyyət göstərən bufetlərə reydlər keçiriləcəkdir.
Azad İstehlakçılar Birliyi Gəncə nümayəndəliyinin eksperti İsaq Həsənovun verdiyi məlumata görə, məqsəd yararlılıq müddəti ötmüş və keyfiyyətsiz ərzaq məhsullarını aşkar edib satışdan çıxarmaq, bufetlərin sanitar normalarına cavab verib-verməməsini müəyyənləşdirməkdir. Orta məktəblərdə ucuz qiymətlərə İran istehsalı olan çoxlu şirniyyat məhsulları satılır. Onların üzərindəki yazılar fars dilində olduğu üçün yararlılıq müddətini müəyyənləşdirmək çətindir. Həmin məhsulların istehsalı daxili bazar üçün nəzərdə tutulsa da bəzən bu məhsullar qeyri-qanuni yolla ölkəmizə gətirilərək əhaliyə satılır. Bu, xüsusilə azyaşlı uşaqlar üçün təhlükəlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]