Gəncədə narkokuryer saxlanılıb
Gəncə, 18 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdən qeyri-qanuni yolla gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək, ölkə ərazisinə çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar Qarayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhəri ərazisində gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman avtomobildən çəkisi 203 qram olan heroin aşkarlanaq götürülüb.