REGİONLAR
Gəncədə onlayn şeir saatı keçirilib
Gəncə, 25 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Xalq şairi Zəlimxan Yaqubun anım günü ilə əlaqədar onlayn şeir saatı təşkil edib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şairin həyatına qısa nəzər saldıqdan sonra onun “Ana ürəyi”, “Dünya”, “Gözəldir” və s. şeirləri kitabxananın fəal iştirakçıları tərəfindən səsləndirilib.
Gəncə Dövlət Universitetinin (GDU) dil-ədəbiyyat fakültəsinin tələbəsi Esmira Alıyeva çıxış edərək bildirib ki, şairə böyük ümumxalq məhəbbətinin sirri onun vətənpərvərliyindən, Ana dilimizə olan böyük sevgisindən irəli gəlir. Tədbiri keçirməkdə əsas məqsəd şairin yaradıcılığını daha dərindən təbliğ etməkdir.