GƏNCƏDƏ “PROBLEMLƏRİN HƏLLİ MƏRKƏZİ” YARADILMIŞDIR
Gəncə şəhərində “Problemlərin həlli mərkəzi” (PSC) yaradılmışdır.
“Gələcək naminə” humanitar təşkilatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kompüter və digər lazımi texniki avadanlıqla təchiz edilmiş bu mərkəzdə əhalinin problemlərinin həlli istiqamətində xidmətlər göstəriləcəkdir.
Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdir.