GƏNCƏDƏ QARIN YARATDIĞI PROBLEMLƏR ARADAN QALDIRILIR
İki gün aramsız yağan qar Gəncədə də bir sıra problemlər yaratmışdır. Havaların şaxtalı keçməsi nəticəsində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranmışdır. Şəhər mənzil-kommunal təsərrüfatı birliyi yollara qum səpməklə yaranmış gərginliyi aradan qaldırmışdır. Şəhərin qaz, su və elektrik təchizatında elə bir narahatlıq hiss olunmur. Qaz istismar idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, havaların soyuq keçməsi ilə əlaqədar şəhərə verilən mavi yanacağın həcmi 50 min kubmetr artırılmışdır. Artıq Gəncə-Bakı marşrutu ilə işləyən sərnişin avtobuslarının hərəkəti də qaydaya salınmış, Gəncə hava limanında təxirə salınmış təyyarə reysləri bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]