Gəncədə qəza olub, xəsarət alanlar var VİDEO
Gəncə, 14 mart, AZƏRTAC
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.