Gəncədə sahibkarlarla görüş keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri Gəncə şəhərində sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları, o cümlədən dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. Bununla yanaşı, həmin regionda fəaliyyət göstərən sahibkarların çətinlikləri öyrənilib, təklifləri dinlənilib.