GƏNCƏDƏ SƏRNİŞİN AVTOBUSU AŞMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı-Qazax magistral yolunun Gəncə hissəsində - Nizami məqbərəsinin yaxınlığında ağır yol-nəqliyyat qəzası baş vermişdir.
“M-Trans” şirkətinə məxsus “Mercedes-benz”markalı 10-JV-652 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı şəhəri istiqamətində hərəkət edən zaman aşmışdır. Şahidlərin dediklərinə görə, hadisə yolu keçən piyadanın günahı ucbatından baş vermişdir. Piyada qəflətən sürətlə hərəkət edən avtobusun qarşısına çıxmış və nəticədə sürücü idarəetməni itirərək yolun kənarında dayanan 04-BD-006 dövlət nişanlı “Jiquli” markalı avtomaşının üzərinə aşmışdır.
Xoşbəxtlikdən hadisə zamanı ölən olmamışdır. “Jiquli”də olan 3 nəfərdən ikisi və avtobusdakı 40 sərnişindən ikisi yüngül xəsarət almışlar. Xəsarət alanlar xəstəxanaya çatdırılmış və ilkin tibbi yardımdan sonra evə buraxılmışlar.
Gəncə Şəhər Polis İdarəsində faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]