REGİONLAR
Gəncədə “Sirlər Xəzinəsi” layihəsinin açılışı olub
Gəncə, 17 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə “Gənclər evi” Sosial Xidmət Müəssisəsi, Dövlət Turizm Agentliyinin Qərb regional qurumu və 2 saylı Gəncə Regional “ASAN xidmət”in təşkilatçılığı ilə Gəncə Gənclər evində “Sirlər Xəzinəsi” adlı layihəsinin açılışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində 120 nəfər arasından 17-29 yaş aralığında seçilən 60 gənc 1 ay müddətində 2 dəfə olmaqla, 2 gün layihədə iştirak edəcəklər. Belə ki, tədbir çərçivəsində oyun və müxtəlif simulyasiyalar vasitəsilə tarixi abidələrin tanınması, komanda quruculuğu, şəbəkələşmə öyrədiləcək.
Layihənin məqsədi sosial aktivliyi bərqərar etmək, müxtəlif simulyasyalar vasitəsilə inkişafı, interaktivliyi və gənclərə şəbəkələşməni aşılamaq, həmçinin tarixi abidələri gənclər arasında təbliğ etməkdir.