GƏNCƏDƏ TƏLİM SEMİNARI KEÇİRİLİR
Altı saylı poliklinikada ABŞ Beynəlxalq Səhiyyə Birliyinin Azərbaycan üzrə əlaqələndiricisi Ceyhun Məmmədov layihənin məqsəd və vəzifələrindən, onun sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasındakı əhəmiyyətindən danışmışdır. Kaliforniya ştatından olan doktor Maykl Ranahan, Sandra Uitt, Kaliforniya Universitetinin professoru Ceyms Seyvard layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər. Qonaqlar cari ilin sentyabr ayında “İlkin səhiyyə üzrə nümunəvi nümayiş və təlim mərkəzi”nin açılışı ilə bağlı yerli mütəxəssislərlə müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki, burada və ABŞ-da xüsusi kurslar keçəcək tibb işçilərinə sertifikatlar veriləcəkdir.
İştirakçılar poliklinikada yaradılmış “Tədris resursları mərkəzi”ndə keçirilən astma xəstəliyinin profilaktikası, ona qarşı mübarizə və müalicə üsullarına həsr olunmuş məşğələlərə qatılmışlar.
Sonda tədbir iştirakçıları yeni yaradılan ilkin nümunəvi yardım klinikasında aparılan təmir işləri ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]