GƏNCƏDƏ “TƏMİZ HAVA” AYLIĞI KEÇİRİLİR
Gəncə, 8 avqust (AZƏRTAC). Gəncədə avqustun 1-dən başlayan “Təmiz hava” aylığı uğurla davam edir.
Bu barədə məlumat verən Gəncə Şəhər Dövlət Yol Polisi rəisinin müavini Rəhim Zalov demişdir ki, kampaniya çərçivəsində ciddi tədbirlər həyata keçirilir. Aylıq başlanmamışdan əvvəl əhali arasında maarifləndirmə işləri aparılmış, şəhərin bir neçə yerində plakatlar asılmışdır.
Hazırda yol polisi əməkdaşları şəhər ekologiya idarəsinin işçiləri ilə birgə hər gün reydlərə çıxırlar. Atmosferi korlayan avtomobillərin sürücülərinə inzibati cərimələr tətbiq olunur.
“Təmiz hava” aylığı avqustun 31-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]