GƏNCƏDƏ YAŞILLAŞDIRMA AYLIĞI BAŞLANMIŞDIR
Gəncədə yaşıllaşdırma aylığı başlanmışdır. Bunun üçün ağac və gül kollarının əkiləcəyi sahələr müəyyənləşdirilmiş və xüsusi iş planı tərtib olunaraq təsdiq edilmişdir.
Şəhər yaşillaşdırma trestinin rəisi İxtiyar İsgəndərov AZƏRTAC-a demişdir ki, ay ərzində 15 mindən artıq ağac və gül kolu əkiləcəkdur. Ən çox ağacın Heydər Əliyev parkında əkilməsi nəzərdə tutulmuşdur. İlk növbədə qurumuş ağacların sahələrdən çıxarılması işinə başlanılmışdır. Onların yerində əkilmiş yeni ağacların suvarılması üçün artezianlar qaydaya salınmış, ərazinin yaşıl zolağında abadlıq işlərinə start verilmişdir.
Bundan əlavə, aylıq müddətində Gəncə çayının sağ və sol sahillərinin yaşıllaşdırılması, park və xiyabanlarda qurumuş ağacların bərpası, eləcə də yeni çəmənliklərin salınması da nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]