Gəncədəki əlillər evi əsaslı təmir ediləcəkdir
Gəncə, 5 dekabr (AZƏRTAC). Yaxın günlərdə Gəncədəki pensiyaçıların ərazi sosial xidməti mərkəzinin əsaslı təmirinə başlanacaqdır.
Bu barədə məlumat verən mərkəzin direktoru Məryəm Qasımova demişdir ki, uzun illər təmir edilmədiyindən burada su, elektrik xətləri sıradan çıxmış, dam örtüyü, eləcə də otaqlar tamamilə yararsız hala düşmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bu il mərkəzdə olarkən vəziyyətlə yaxından tanış olmuş, binanın təmiri üçün vəsait ayrılmasının vacibliyini bildirmişdir. Artıq 3 mərtəbəli binanın təmiri üçün hazırlıq işlərinə başlanılmışdır.
Direktorun dediyinə görə, hazırda mərkəzdə 106 nəfər əlil və ruhi xəstə vardır. Təmirdən sonra mərkəzin adının dəyişdirilərək “Nevro-psixoloji internat” qoyulması da qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]