Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncənin elm məbədi

Gəncənin elm məbədi

Gəncə, 15 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin uğurlarının təməli 1981-ci ildə qoyulub. Hələ o vaxt Elmi-Tədqiqat Mərkəzi kimi fəaliyyətə başlayan elm ocağında aparılan tədqiqatlar, qısa vaxtda əldə edilən nailiyyətlər və fəaliyyətin bölgəni əhatə edən uğurları regional mərkəzin yaradılması zərurətini doğururdu. Nəhayət, 1995-ci il aprelin 15-də AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzin bazası əsasında Gəncə Regional Elmi Mərkəz yaradıldı.

Ötən tarixə qısa nəzər salan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində o dövrdə regionlarda elmi müəssisələrin yaradılmasını vaxtı çatmış tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, 1970-1980-ci illərdə paytaxtdan kənarda toplanan elmi kadr potensialı, onun inkişafımıza istiqamətləndirilməsi regionlarda elm mərkəzlərinin yaradılması zərurətini doğururdu. Bu məqsədlə ilk addım Naxçıvanda atıldı, Naxçıvan Elm Mərkəzi yaradıldı və orada aparılan elmi-tədqiqat işlərinin nəticələri digər regionlarda da elmi mərkəzlərin yaradılması ideyasının doğruluğunu sübut etdi. Artıq Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzi Gəncə şəhərində də elmi mərkəzin yaradılması zərurətə çevrildi. Çünki qədim şəhərdə ölkə elminə sanballı töhfələr verə biləcək kadr potensialı var idi və onun vahid mərkəzdə birləşdirilməsi zərurəti yaranmışdı. Təsadüfi deyil ki, məsələ tezliklə öz həllini tapdı, 1981-ci ildə Gəncədə Regional Elmi Mərkəzin yaradılması haqqında qərar verildi və bu mərkəzin yaradılması ilə bağlı işlərə başlandı.

Akademik bildirib ki, Regional Elmi Mərkəzin fəaliyyəti ilə elmi araşdırmaların əhatə dairəsi genişləndi, bölgə üzrə elmi potensial, təbii ehtiyatlar, tarixi həqiqətlər və ədəbi irsin tədqiqi və öyrənilməsinin yeni mərhələsi başlandı, tezliklə səmərəli elmi nəticələrə nail olundu. Artıq 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Gəncə Regional Elm Mərkəzinin bazası əsasında AMEA Gəncə Bölməsi yaradıldı və bölmənin nəzdində 7 elmi-tədqiqat institutunun, Nizami Mərkəzinin və Nəbatat Bağının fəaliyyətə başlaması elmi-tədqiqat və elmi təşkilati işlərə, regionda kadr hazırlığına təkan verdi. Ölkə elminin inkişafında əldə olunan uğurlarda Gəncə Bölməsi alimlərinin özünəməxsus payı var. Bu yüksəliş, ölkə elminə verdiyi sanballı töhfələrlə gündəmdə olan AMEA Gəncə Bölməsinin yaradılması ümummilli lider Heydər Əliyevin elmimizin inkişafına diqqət və qayğısının nəticəsidir.

Fuad Əliyev Elm Mərkəzinin möhtəşəm binada yerləşdirilməsi məsələləsindən danışarkən deyib: “Yeni elm ocağının fəaliyyətə başlaması üçün bina məsələsinin həlli ilə bağlı akademik Maqsud Əlizadə Gəncəyə gəldi, şəhər partiya komitəsinin ovaxtkı birinci katibi Həsən Həsənovla geniş fikir mübadiləsi oldu. Həsən Həsənov partiya rəhbəri olsa da elmə, təhsilə maraq göstərən ziyalılardan idi. Mərhum akademik Maqsud Əlizadəyə dedi ki, elm, təhsil millət üçün çox önəmli bir sahədir, elə dövlətin uğurları da elmin inkişafı ilə bilavasitə bağlıdır. Bu iki ziyalı insanın yekdil rəyi məsələnin həllində mühüm rol oynadı və tezliklə öz həllini tapdı. Bu möhtəşəm yaraşıqlı binanın birinci mərtəbəsi tam təmir olunaraq Elm Mərkəzinin ixtiyarına verildi. 1981-ci il mayın 28-də ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi oldu. Mərasimdə ulu öndər Heydər Əliyevin iştirak etməsi əslində ölkədə elm və təhsilə göstərilən diqqət və qayğının təzahürü idi”.

Akademik qürur hissi ilə vurğulayır ki, bu gün AMEA-nın Gəncə Bölməsinin uğurları məhz Ulu Öndərin xeyir-duasının, elmin inkişafına yönəlmiş uzaqgörən siyasətinin nəticəsidir.

Yeni Mərkəz 3 kimya laboratoriyasının yaradılması ilə fəaliyyətə başlayıb. Artıq 1982-ci ildə ictimai elmlər bölməsi, daha sonra isə tarix və filologiya üzrə kiçik şöbələr yaradılıb. 1984-cü ildə isə avtomatik idarəetmə sistemləri şöbəsi təşkil olunub.

Fuad Əliyev bildirib ki, Regional Mərkəz kimi uğurlu fəaliyyət daha geniş perspektivlərə yol açıb. Əldə olunan nailiyyətlərin nəticəsi olaraq artıq 2012-ci il dekabrın 19-da Prezident İlham Əliyevin Sərəncamına əsasən Regional Elm Mərkəzinin bazası əsasında AMEA-nın Gəncə Bölməsi yaradıldı. Məqsəd regiondakı mövcud elmi-texniki imkanlardan istifadə etməklə, bölgədəki təbii ehtiyatların, uzun illər ərzində toplanmış sənaye və məişət tullantılarının, dünyada yeganə olan Naftalan nefti və tullantılarının, təbii su ehtiyatlarının, alternativ enerji mənbələrinin və termal suların öyrənilməsi idi. Qərb bölgəsinin zəngin biomüxtəlifliyinin öyrənilməsi, genofondun tədqiq olunması və qorunub saxlanılması, bioresurslardan səmərəli istifadə olunmasının öyrənilməsi də vacib vəzifə kimi qarşıya qoyuldu. Qədim Gəncənin tarixinin daha dərindən araşdırılması məqsədilə regionda arxeoloji və etnoqrafik tədqiqatların aparılması, böyük mütəfəkkirlərin yaradıcılığının araşdırılması, milli-mənəvi dəyərlərin öyrənilməsi və Qərb bölgəsi folklorunun toplanması Humanitar tədqiqatlar və Diyarşünaslıq institutlarının tədqiqat obyektinə çevrildi.

Bu gün Gəncə Bölməsi geniş beynəlxalq elmi əlaqələrə malikdir. Bu barədə danışan akademik qeyd edib ki, ötən müddət ərzində Gəncə şəhərinin yerdəyişmələrinin tarixi, qədim Gəncə qalasının tədqiqi ilə bağlı ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin alimləri ilə birgə arxeoloji tədqiqatlar aparılıb. Qazıntı və tədqiqat işləri nəticəsində əldə edilmiş çoxsaylı maddi mədəniyyət nümunələri, sənətkarlıq məmulatları laborator analizlər aparılması məqsədilə ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyində araşdırılıb. Qədim Gəncə qalasının tarixi, şəhərin yerdəyişmələrinin öyrənilməsi ilə bağlı bu müştərək tədqiqatlar davam etdirilir və dünyanın 10-dan çox ölkəsində bu araşdırmalara dair xarici ölkə alimlərin birgə onlarla elmi əsəri yüksək impakt faktorlu elmi jurnallarda dərc olunub.

Diyarşünaslıq İnstitutunun əməkdaşları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri ilə birgə İtaliyanın Beynəlxalq Aralıq dənizi və Yaxın Şərq Tədqiqatları Mərkəzinin Dini Tədqiqlər Departamentinin arxeoloqları ilə birgə əməkdaşlıq edirlər.

Aparılan arxeoloji və etnoqrafik tədqiqatların elmi nəticələrinə və aşkar edilmiş çoxsaylı sənətkarlıq məmulatlarının tədqiqinə dair monoqrafiya ingilis və italyan dillərində Çexiyanın paytaxtı Praqa şəhərində nəşr edilib, bir monoqrafiya Polşanın paytaxtı Varşavada, 10-dan artıq elmi əsər Türkiyə, ABŞ, Venesuela, Belarus, Rusiya və Polşanın impakt faktorlu jurnallarında dərc olunub.

“Bölmənin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində alunit mineralının tədqiqi sahəsində birgə elmi tədqiqatlar aparırlar. Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə əməkdaşlığın təməli qoyulub. Gəncə Bölməsinin beynəlxalq elmi əməkdaşlıq əlaqələri ölkələrarası nailiyyətlərə və dostluq münasibətinə öz sanballı töhfələrini verir.

AMEA Gəncə Bölməsinin sədri bildirib ki, ötən illər təkcə ölkə deyil, dünya elminə verilən sanballı töhfələrlə də əlamətdar olub. Bu illər ərzində yüzlərlə elmi kitab və monoqrafiya nəşr edilib, beynəlxalq və ölkəmiqyaslı elmi-praktik konfrans və simpoziumların, görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərinin, dövlət adamlarının yubileylərinin keçirilməsi ənənə şəklini alıb. “Xəbərlər” elmi məcmuəsində məqaləsi çap olunan tədqiqatçılardan 262 nəfər namizədlik və doktorluq elmi işi müdafiə edib. 2014-cü ildə təsis olunan tədris mərkəzində 5 ildə 500-ə yaxın doktorant və dissertant informasiya fənni üzrə dərs və imtahanlarda iştirak edərək sertifikat alıb. Əməkdaşlardan 2 nəfər “Əməkdar elm xadimi” adına və “Şöhrət” ordeninə, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin 2 nəfərə “Əməkdar müəllim”, 1 nəfərə “Əməkdar rəssam”, 1 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib. Fəxri adlarla təltif olunanlar arasında fərdi Prezident diplomçusu və elm üzrə Prezident mükafatçısı da var.

“Bir sözlə, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan AMEA Gəncə Bölməsi bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində elmimizin inkişafına və elmi kadrların yetişdirilməsinə sanballı töhfələr verir. Bölmə iqtisadi yüksəlişin etibarlı elmi təməlinin yaradılması məqsədilə bütün elmi potensialını, bilik və bacarığını səfərbərliyə alıb”, - deyə Fuad Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO