GƏNCƏNİN GERBİNƏ ABİDƏ QOYULMUŞDUR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Gəncənin Heydər Əliyev prospektində qədim şəhərin gerbinə ucaldılmış abidə ilə tanış olmuşdur.
Prezident İlham Əliyev abidəni seyr etdi. Abidənin üzərində “Əsrlər boyu Gəncə xanlığının bayrağında həkk olunmuş bu rəmz 1804-cü ilin yanvarında şəhərin işğalı zamanı ləğv edilmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gəncənin qədim rəmzi yenidən gerb olaraq bərpa olunmuşdur” sözləri yazılmışdır.
Bu abidənin müəllifi əməkdar rəssam Şərif Şərifovdur.