MƏDƏNİYYƏT
Gəncənin tarixi abidələri bərpa olunur və pasportlaşdırılır
Gəncə, 1 oktyabr (AZƏRTAC). Gəncədəki qədim memarlıq abidələri bərpa olunur və pasportlaşdırılır. Artıq 150-dən çox tarixi binanın əvvəlki görkəmi bərpa olunmuş, onların üzərlərinə tanınma nişanları vurulmuşdur. Tanınma nişanlarında tarixi abidənin neçənci əsrə aid olması və müəllifi barədə ətraflı məlumat vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktor müavini Samir Pişnamazzadə AZƏRTAC-a demişdir ki, tarixi mənbələrə görə, Gəncə 5 dəfə öz yerini dəyişmişdir. Odur ki, burada mövcud olan abidələrin pasportlaşdırılması üçün gərgin axtarışlar və tədqiqat aparılmalıdır.
Tarixi abidələrin bərpası xronoloji ardıcıllıqla və mərhələli şəkildə həyata keçirilir.
Pasportlaşdırılmış abidələrin kataloqa salınması üçün hazırlıq işlərinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]