REGİONLAR
Gənclər həm xalq tətbiqi sənətini öyrənir, həm də asudə vaxtlarını səmərəli keçirirlər
Masallı, 21 avqust, AZƏRTAC
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətinin inkişafı və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı “Sənət və sənətkarlar” adlı səyyar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarına dulusçuluq, həsirçilik sənətinin tarixindən geniş məlumat verib.
Tədbir iştirakçıları Ərkivan qəsəbəsinin sakini, dulusçu sənətkar Cəsarət Nuriyevin emalatxanasında olublar. Cəsarət Nuriyev bölgənin qədim sənət nümünələrindən olan dulus qablarının hazırlanma texnologiyasından və bu işin icra prossesindən gənclərə əyani olaraq məlumat verib. Gənclər gildən hazırlanmış müxtəlif qablarla yaxından tanış olduqdan sonra özlərini bu sənətdə sınayıblar.
Gənclər Şatıroba kəndində həsirçi xanım Fəridə Həşimovanın lığ və pizədən həsir, zənbil, papaq, tərəzi və digər əşyaların hazırlanma prosesi ilə də tanış olublar. Onlar yer həsiri dəzgahı arxasında həsir toxuyublar.
Hər iki sənətkar gəncləri bölgəmizin qədim sənətkarlıq növləri ilə tanış olmağı və bu peşəyə yiyələnməyi tövsiyə ediblər.