Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdırlar

Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdırlar

Bakı, 17 mart (AZƏRTAC, Ceyhun Rüstəmov). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ərəfəsində “Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə, təhsilə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olmuşlar.

Akademiyanın akt zalında davam etdirilən konfransda Dövlət himni səsləndirilmişdir.

Nazirliyin əməkdaşlarının, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin, tanınmış politoloq və tarixşünasların iştirak etdikləri konfransı DİA-nın rektoru, akademik Urxan Ələkbərov açmışdır. Rektor milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən milli təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışmış, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləmişdir. Bildirilmişdir ki, gündən-günə inkişaf edən respublikamızın uğurlarına qısqanclıqla yanaşan qüvvələr hər cəhddə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar. Ancaq hər bir vətənpərvər azərbaycanlı, xüsusən də gənclərimiz harada olmasına baxmayaraq, müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı, inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli, həmişə təhsildə uğurlar qazanmalı və əzmlə çalışmalıdırlar.

Dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının mühüm rolunu qeyd edən rektor, qarşıdan gələn peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyini və əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycanın ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də Hərbi Nazirliyin Baş Qərargahı nəzdində Kəşfiyyat və Əks-Kəşfiyyat Bölməsi kimi fəaliyyətə başlamışdır. Bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığını diqqətə çatdıran general-mayor E.Əliyev demişdir ki, beləliklə də həmin illərdə gələcək milli xüsusi xidmət orqanının peşəkar kadr potensialının formalaşması üçün başlıca zəmin hazırlanmışdır.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının fəaliyyətinin yenidən qurulmasına və təkmilləşdirilməsinə göstərdiyi tələbkarlıq, gündəlik qayğı və diqqət yeni dövrün çağırışlarına uyğun təhlükəsizlik sisteminin yaradılmasına imkan vermişdir. Bütün bunlar təhlükəsizlik orqanlarının ölkənin ümumi tərəqqisinin möhkəm təməllərinin qoyulmasında daha yaxından iştirakına şərait yaratmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın sivil, demokratik, hüquqi dövlət kimi inkişafına yönəlmiş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında MTN əməkdaşları da yaxından iştirak edirlər. Terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və s. istiqamətlərdəki səmərəli fəaliyyət, Prezident İlham Əliyevin rəhbərliyi, dövlət strukturlarının və hüquq mühafizə orqanlarının birgə səyləri ilə yaradılmış təhlükəsizlik mühiti və sabitlik Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.

Ən ağrılı problemimiz olan Ermənistanın ölkəmizə hərbi təcavüzündən də danışan nazir müavini qeyd etmişdir ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində çalışmaq milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının ən başlıca vəzifəsi və Vətən qarşısında övladlıq borcudur.

General-mayor E.Əliyev demişdir: “Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın gələcəyinə hesablanmış çoxsaylı layihələr və ideyalar həyata keçirilir. Bunların böyük əksəriyyəti məhz gənclərlə bağlıdır. Çünki gənclik böyük yaradıcı qüvvə olmaqla sabaha, inkişafa və tərəqqiyə istiqamətlənmişdir. Mən neft kapitalının insan kapitalına çevrilməsi ideyasını xüsusi qeyd etmək istərdim. Strateji əhəmiyyət daşıyan bu ideyanın əsasında yüksək intellektual səviyyəyə və mənəvi keyfiyyətlərə malik, fiziki cəhətdən sağlam gəncliyin yetişdirilməsi, mövcud potensialın ardıcıl surətdə inkişaf etdirilməsi dayanır. Bu sahədə bütün dövlət orqanlarının, xüsusilə təhsil müəssisələrinin üzərinə çox böyük vəzifələr düşür. Çünki hər şeydən əvvəl ölkənin gələcək intellektual inkişafında iştirak edəcək kadrların hazırlanması işi daim təkmilləşdirilməli, dünyanın aparıcı dövlətlərinin təcrübəsi öyrənilib tətbiq olunmalıdır”.

“Gənclər ölkəmizin milli təhlükəsizliyinin gələcək təminatçılarıdırlar. Bu, böyük məsuliyyətdir”, - deyən milli təhlükəsizlik nazirinin müavini vurğulamışdır ki, gənc nəsil sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcəkdir. Milli təhlükəsizliyin təminatında iştirak etmək yalnız hər hansı dövlət strukturunda çalışaraq vəzifə tutmaq kimi başa düşülməməlidir. Milli təhlükəsizliyə töhfə ailədən və təhsil müəssisəsindən başlayır. Bu, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi, müntəzəm çalışmaq və hərtərəfli mütəxəssis kimi yetişməkdir.

Vurğulanmışdır ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyillərlə üzləşmək və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə edilmiş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. Gənclərimiz dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Çünki Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr də vardır. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər. Əminəm ki, gənclərimiz Ulu Öndərin zəngin irsini dərindən öyrənməklə onun xalqımızın işıqlı gələcəyinə ünvanlanmış ideallarına sadiq qalacaq, milli maraqların və təhlükəsizliyimizin təminatçısı kimi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Sonra akademiyanın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və DİA-nın inzibati idarəetmə fakültəsinin tələbəsi Toğrul Niyazlı çıxış etmişlər.

Çıxışlarda milli təhlükəsizlik orqanlarının yaranması və fəaliyyəti tarixi aspektdən təhlil edilmiş, müasir dövrdə milli təhlükəsizliyin təminatında gənclərin rolundan danışılmışdır. Bildirilmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilmişdir.

Milli təhlükəsizlik orqanlarının Azərbaycan dövlətçiliyinin qorunmasına layiqli töhfələr verdiyini vurğulayan natiqlər ölkəmizin maraqlarının və mənafelərinin, milli təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında gənclərin də daim ön sırada olmalarının vacibliyini bildirmişlər.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 illik tarixi yolundan, ümummilli lider Heydər Əliyevin milli təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısından bəhs edən “Xüsusi funksiya” sənədli film nümayiş olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb

“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub YENİLƏNİB-3 VİDEO

Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub