GƏNCLƏR QİÇS-Ə “YOX” DEYİR
Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya QİSÇ-lə Mübarizə Günü ilə əlaqədar layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Təşkilatın könüllüləri avtovağzalda və dəmir yolu vağzalında Bakıdan bölgələrə gedən avtobuslara və qatarlara daxil olaraq sərnişinlərə İİV-QİÇS-ə aid müxtəlif buklet, kitabça, yaddaş vərəqi və s. paylamış, xəstəliyə yoluxma yolları barədə şifahi maarifləndirmə işləri aparmışlar. Cənc könüllülər həmçinin Milli Parkda İİV-QİÇS-in bütün dünyada rəsmi qəbul edilmiş abreviaturasını şamlardan qurub alışdırmış və ona ”yox” demişlər.
Bu cür tədbirlər cəmiyyətin Mingəçevir, Sabirabad, Lənkəran, Sumqayıt, Gəncə regional mərkəzlərinin təşkilatçılığı və yüzlərlə gənc könüllünün iştirakı ilə “QİÇS-ə qarşı mübarizə” şüarı altında keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]