İQTİSADİYYAT
Gənclər üçün NİİM-ə infotur təşkil olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) infotur təşkil olunub.
NİİM-dən AZƏRTAC-a bildirilib ki, məlumat turu ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub. Məlumat turunda gənclərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaranma tarixi, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar barədə məlumat verilib.
İştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər. Daha sonra gənclərə müşahidəçi vasitəsilə İntellektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi barədə də məlumat verilib.
Mərkəzi ziyarət edən gənclər elektron-kart ödəmə sisteminin tətbiqi sahəsindəki gələcək planlarla, həmçinin fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunması prosesi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]