Gənclər Yeni Gəncə qəsəbəsində ağac əkiblər
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “EkoGənc” layihəsinin iştirakçıları Gəncədə könüllü şəkildə ağacəkmə aksiyası təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, aksiya yaşıllıq zonalarının artırılması, gənclərin vaxtlarının səmərəli təşkili və ətraf mühitin sağlamlığı məqsədilə keçirilib. Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində ağac əkmək üçün ayrılan boş ərazilərdə təşkil olunan aksiyada gənclər Eldar şamı əkiblər.