Gənclərimiz Xocalı faciəsini unutmamalıdırlar
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verilib, tarixi həqiqətlərin dünyaya çatdırılmasında gənc nəslin fəallığının artmasının vacibliyi vurğulanıb.
Sonra Xocalı soyqırımının canlı şahidi Nazim Hüseynov hadisə ilə bağlı acı xatirələrini bölüşüb, ermənilərin törətdikləri vəhşilikləri faktlarla diqqətə çatdırıb. Digər çıxış edənlər gəncləri Xocalı soyqırımını unutmamağa, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]