CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkil etdiyi “İnkişaf təlimləri”nin üçüncü günü uğurla başa çatıb
Bakı, 28 yanvar, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) yeni fəaliyyətə başlayan nümayəndəliklərinin əməkdaşları üçün “İnkişaf təlimləri”nin üçüncü günü uğurla başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, GİKM-in mərkəzi aparatında işlərin daha səmərəli təşkili üçün yeni fəaliyyətə başlayan əməkdaşlarla görüş təşkil edilib.
Görüşdə mərkəzi aparatın müvafiq əməkdaşları bu dəfə “İctimaiyyətlə əlaqələr”, “Sosial media marketinq”, “Paylaşımın vizualları - foto, video, qrafik dizayn”, “Təlim-tədris işinin təşkili” mövzularında yeni fəaliyyətə başlayan əməkdaşları məlumatlandırıblar.
Görüş müxtəlif fərdi və qrup işləri, enercayzerlərlə davam edib.