Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncliyə qayğı gələcəyə qayğıdır

Naxçıvan şəhərində yeni “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 29 dekabr, AZƏRTAC

Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq - Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, - fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 29-da Naxçıvan şəhərində yeni “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı bütün sahələrdə əhalinin rahatlığının təmin olunmasına şərait yaradıb. Həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Belə layihələrdən biri də bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksidir. Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıb. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verdi. Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: 2019-cu ilin iyun ayında təməli qoyulan yaşayış kompleksi bu gün istifadəyə verilir. Muxtar respublikada 462 minə yaxın əhali yaşayır ki, onların 142 mindən çoxu, yəni 31 faizi gənclərdir. Ona görə də Naxçıvan Muxtar Respublikasında gənclərin təhsili və məşğulluğu sahəsində tədbirlər görülür, onların dövlət və özəl müəssisələrdə işləmələri üçün hərtərəfli şərait yaradılır, mənzillə təmin olunmaları üçün yaşayış kompleksləri tikilib istifadəyə verilir. Son illər Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilmiş, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılmışdır. Bu işlər muxtar respublikanın bütün rayon mərkəzlərində də aparılır, yeni yaşayış binaları tikilir, gənclər ipoteka krediti ilə mənzil sahibi olurlar. İstifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksində 6 binada 132 mənzil vardır. Həmin mənzillərin 102-si ipoteka krediti ilə satılıb. Bu gün təməli qoyulacaq yeni şəhərcik də gələcəkdə gənclərin mənzil tələbatını ödəyəcəkdir. Bütün bunlar dövlətin vətəndaşına, gələcəyi olan gənclərə göstərdiyi qayğının, eyni zamanda dövlət-xalq birliyinin nümunəsidir.

Ali Məclisin sədri deyib: İpoteka kreditləri o gənclərə verilir ki, onlar dövlət və özəl qurumlarda, eləcə də digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkənin inkişafına töhfə verirlər. Yaşayış kompleksində 10-a yaxın yeni iş yeri açılmışdır ki, burada da gənclər çalışacaqlar. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi öz bəhrələrini verir. Bu gün istifadəyə verilən yaşayış kompleksi də ölkəmizdəki inkişaf, sabitlik və firavan həyat tərzinin göstəricisidir. Bunlar mühüm amillərdir. Çünki elə ölkələr vardır ki, orada gənclərin mənzil sahibi olması üçün heç bir tədbir görülmür. Buna görə də hər bir gənc göstərilən qayğıya cavab olaraq işlədiyi sahədə fəaliyyətini düzgün qurmalı, ölkəmizin davamlı inkişafına töhfə verməlidir.

Ali Məclisin sədri kompleksin tikilməsində əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib, yaşayış kompleksində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil almış gənclərə orderləri təqdim edib, onlara rahat və firavan həyat arzulayıb.

Mənzillə təmin olunan Ülviyyə Taharova göstərilən qayğıya görə Ali Məclisin sədrinə minnətdarlıq edərək deyib: “Muxtar respublikada gənclər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzillə təminatı da diqqət mərkəzindədir. Yeni yaşayış kompleksindəki mənzillər güzəştli ipoteka yolu ilə gənc ailələrə verilir. Artıq muxtar respublikada gənclər mənzil sahibinə çevrilirlər. Bu da insan amilinə verilən qiymətin daha bir ifadəsidir. “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil sahibi olan bütün ailələr adından göstərilən qayğıya görə minnətdarlıq edirik”.

Sonra kompleksin tikintisində əməyi olanlara hədiyyələr təqdim olunub.

Baxış zamanı bildirilib ki, ümumi sahəsi 28 min 752 kvadratmetr olan şəhərcikdə 2 yeddimərtəbəli, 4 beşmərtəbəli olmaqla, 6 bina var. Binalarda sahəsi 69-84 kvadratmetr olan 80 ikiotaqlı, sahəsi 84-88 kvadratmetr olan 52 üçotaqlı mənzil olmaqla, ümumilikdə, 132 mənzil yerləşir. Şəhərciyin ərazisində 40 yerlik avtomobil dayanacağı inşa olunub. Burada mağaza istifadəyə verilib, həmçinin binaların hər birində sərnişin və yük liftləri quraşdırılıb.

Kompleksə fiber-optik xətt çəkilib, yanğından mühafizə üçün su anbarı və 4 su nasosu, eləcə də video-nəzarət sistemi, 630 kilovoltamper gücündə transformator, 50 kilovoltamper gücündə generator quraşdırılıb. Ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi çəkilib, uşaq əyləncə parkı yaradılıb.

Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılıb

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb.

Məlumat verilib ki, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaqdır. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaqdır. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaqdır.

Ali Məclisin sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH