Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

General-polkovnik Tofiq Ağahüseynov: fəxr edirəm ki, yubiley paradında Azərbaycan ordusunun döyüşçülərini də görəcəyəm

Bakı, 1 aprel, AZƏRTAC

Biz dünyaya saysız-hesabsız iztirablar və ağrılar gətirmiş, uşaqların, ataların və anaların həyatını, ən azı sağlamlığını əllərindən almış, milyonlarla insanın evini viran qoymuş 1941-1945-ci illər Böyük Vətən müharibəsinin qəhrəmanlarını və o dövrün hadisələrini hər il yad edirik. Ona görə ki, 9 May gününün XX əsrin qəhvəyi taunu üzərində ümumxalq qələbəsi günü olmasını unutmağa haqqımız yoxdur. Bu tarix dünyanın bir çox ölkələrində böyük hadisə kimi qeyd edilir. Sovet xalqının böyük igidliyini, dünyada bu dəhşətli müharibənin səbəbkarı olmuş siyasətçilərin əməllərinin bəşəriyyətə nəyin bahasına başa gəldiyini unutmağa haqqımız yoxdur. Bu yaddaşı qoruyub saxlamaqda bizə Böyük Vətən müharibəsi veteranları kömək edir. Onların hər biri indiki nəsil üçün xüsusi hörmət və ehtirama layiq olan qəhrəmanlardır. Bu il qalib əsgərlər onlar üçün ən əsas bayram - Böyük Qələbənin 75 illiyi münasibətilə təbriklər qəbul edəcəklər.

Əfsanəvi adam... Xüsusi xarakterə malik, həyat yolu qeyri-adiliyi ilə seçilən, bütün ömrünü həsr etdiyi işin və peşənin qeyri-adiliyi ilə fərqlənən insanı belə adlandırırlar. Kiminsə bəxti gətirib belə şəxsiyyətlərlə görüşmək, bu müdrik müsahibin mülayim səsini eşitmək nəsib olsa, onların nə qədər gərəkli olmasını başa düşərlər. 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin iştirakçıları olmuş veteranlar haqqında AZƏRTAC üçün materiala hazırlayarkən belə bir əfsanəvi insanla - Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovla belə bir görüşümüz oldu.

...O, könüllü olaraq cəbhəyə gedəndə 18 yaşı vardı, institutun birinci kursunda oxuyurdu. Böyük Vətən müharibəsi qurtaranda Tofiq Ağahüseynovun 22 yaşı vardı. 1946-cı ildə Berlindən Bakıya qayıdıb təhsilini başa vurdu, sonra Moskvada Hərbi Akademiyaya daxil oldu və oranı bitirəndən sonra hərbi xidməti davam etdirməyi qərara aldı. Keçmiş SSRİ-nin ən müxtəlif regionlarında xidmət keçdi. O, bütün həyatını Silahlı Qüvvələrə həsr etdi.

Tofiq Yaqub oğlu ilə söhbəti çox davam etdirmək olar. Onun güclü hafizəsi və maraqlı müsahib istedadı var. Öz bioqrafiyasından maraqlı epizodlar, çoxsaylı məşhur insanlar ilə görüşləri, uşaqlıq illərindən başlayaraq həyatında baş vermiş hadisələr barədə söhbət etməyi xoşlayır.

-Tofiq müəllim, siz, könüllü olaraq cəbhəyə gedəndə 18 yaşınız vardı, Azərbaycan Dövlət Neft Sənayesi İnstitutunun tələbəsi idiniz. Axı həmin dövrdə gələcək neftçiləri hərbi mükəlləfiyyətdən azad edirdilər. Yəqin ki, bu sizin ən birinci məsul qərarınız olub.

-Bəli, 1940-cı ildə indiki Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə daxil olanda neftçi olmağı planlaşdırırdım. Lakin 1941-ci ilin yayında başlamış Böyük Vətən müharibəsi ölkəmizin, o cümlədən mənim də həyatıma düzəlişlər etdi.

1941-ci ilin payızında hərbi komissarlığın nümayəndəsi bizim instituta gəldi və Bakı Zenit Artilleriyası Məktəbinə köçürülmək istəyən tələbələri seçməyə başladı. Mən aldığım tərbiyəyə və vətən qarşısında məsuliyyətimi başa düşdüyümə görə könüllü olaraq Qızıl Ordu sıralarına daxil oldum. Bir ildən sonra leytenant rütbəsində hərbi eşelonla Moskvaya yola düşdüm və az sonra cəbhədə oldum.

-Sizin cəbhədə xidmətiniz Arxangelskdə, Obozyorskaya stansiyasının yaxınlığında yerləşən Zenit-artilleriya diviziyasının vzvod komandiri vəzifəsində başlanıb. O vaxt sizin diviziya hansı vəzifələri yerinə yetirirdi?

-Biz Severodvinskdəki və Arxangelskdəki liman qurğularını, müttəfiqlərin nəqliyyat konvoylarının yükünün boşaldığı yerləri, digər obyektləri düşmən aviasiyasının hücumlarından qoruyurduq. Almanlar hücum edərkən ilk növbədə Hava Hücumundan Müdafiə obyektlərini məhv etməyə çalışırdılar ki, sonra şəhəri və limanı asanlıqla bombalasınlar. Mən oraya çatdığım ilk gündə döyüş sınağından keçməli oldum. Müharibə dövründə əsgərin iştirak etdiyi ilk döyüşü belə adlandırırdılar. Qəflətən hücum başlandı. Zenit toplarının atəşləri, düşən bombaların gurultusu altında cəbhə yoldaşlarımla bərabər yanğınları söndürməyə başladıq. Bu iş başa çatandan sonra əsgər zirzəmisinə getdim. Orada məni artıq öz adamları kimi qarşıladılar, çaya qonaq etdilər. Bu, qoçaqlıq baxımından ilk sınaq idi və məhz o vaxt başa düşdüm ki, komandir öz nüfuzunu qoruyub saxlaması üçün döyüşdə əsgərlərin yanında olması çox vacibdir.

... 18 yaşlı leytenant kimi hərbi xidmətə başlamış Tofiq Ağahüseynov bu xidmətini 40 ildən sonra general-polkovnik rütbəsində başa vurub. Ona 1943-cü il mayın 19-da verilmiş döyüş xasiyyətnaməsi çox əlamətdardır: "tapşırığın yerinə yetirilməsini təmin etməyi bacarır. Döyüşdə nümunə ola bilər. Nüfuz qazanıb, düşmən tanklarına qarşı uğurlu mübarizəni təşkil etməyi və döyüşü idarə etməyi bacarır. Atəş vzvoduna komandirlik etməyə meyillidir".

Tofiq Ağahüseynov həmin illərdə sovet ordusunda bu cür yüksək rütbəyə çatmış ilk və yeganə azərbaycanlı olub. 23 medal və 8 orden ilə, o cümlədən üç "Qızıl Ulduz" ordeni və "Şöhrət" ordeni ilə təltif olunub.

-Döyüşlər haqqında xatirələriniz çoxdur, amma yəqin ki, siz Reyxstaq divarında yazdığınız sözləri indiyə qədər ən əsas xatirə hesab edirsiniz.

-Mən Visla-Oder əməliyyatında, Varşavanın azad olunmasında iştirak etmişəm. 1944-cü ildə bizim diviziya 1-ci Belarus cəbhəsinə daxil oldu, 1945-ci ilin mayında vuruşa-vuruşa Berlinə çatdı. Berlin əməliyyatlarında iştirak etmişəm, müharibəni Berlində başa vurmuşam.

Reyxstaqda bu cür yazılar minlərlə idi. Lakin mənim üçün vacib məqam o idi ki, belə yazılar arasında Azərbaycan döyüşçünün yazısı da vardı və onu mən yazmışam. Həmin anda mən öz vətənimə görə xüsusi qürur hiss keçirirdim.

-Siz bunu necə edə bildiniz?

-Berlinə əməliyyat qrupunun tərkibində getmişdim. Məni leytenant olduğuma görə Berlin ətrafında yeni mövqelər seçməyə göndərdilər. Bir serjant və maşın verdilər. Biz yola düşdük. Mayın 2-də Berlinə çatdıq.

Reyxstaqa yaxınlaşanda baxıb gördük ki, onun divarı yazılarla doludur. Bu serjant yekəpər bir oğlan idi. Məni öz çiyninə əyləşdirdi və bu vəziyyətdə bir kolonnanın yuxarısına qədər gedib çatdıq. Orada mən bu sözləri yazdım: "Ya iz Baku, Aqaquseynov".

-Böyük Vətən müharibəsində Qələbə qazanılmasında Bakının və Azərbaycanın rolu barədə bu gün nə demək istərdiniz?

-Mən bunu həmişə deyirəm, o vaxt bütün Sovet İttifaqı üçün neftin əsas mənbəyi Bakı idi və hamı bilirdi ki, Bakı nefti olmasa heç bir qələbəni gözləməyə dəyməzdi. Hərbçi kimi ölkənin hava hücumundan müdafiə sisteminin yaradılmasında Bakının rolu barədə də danışa bilərəm. SSRİ-də iki hava hücumundan müdafiə dairəsi vardı: biri Moskvada, digəri Bakıda idi. Məncə aydındır ki, bu fakt ittifaq dövlətində ümumi hava hücumundan müdafiə sisteminin yaradılmasında Bakı şəhərinin necə böyük strateji əhəmiyyət kəsb etdiyini göstərir.

-Tofiq müəllim, siz şanlı və eyni zamanda, mürəkkəb həyat yolu keçmişiniz. Zəngin hərbi bioqrafiyanız var. Zenit batareyası komandirindən başlamış Varşava müqaviləsinin iştirakçısı olan ölkələrin Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsinə qədər əmək yolu keçmişiniz. Minlərlə məsul qərarlar qəbul etməli olmuşunuz. Cəbhədə qalib gəlmək, yoxsa məğlub olmaq bu qərarlardan asılı idi. Siz dinc dövrdə də çox müxtəlif qərarlar qəbul etmişiniz. Həmin qərarların hansı daha mürəkkəb olub?

-Əlbəttə, mənim qəbul etdiyim ən mürəkkəb qərarlar müharibədən sonrakı dövrə təsadüf edib. Bir avar müharibədə olasan və komandanlığın göstərişlərini yerinə yetirəsən, bir də var sən özün məsuliyyəti öz üzərinə götürürsən. Üstəlik, belə qərarlar bir anda qəbul edilir. Ona görə də mən həyatımda ən mürəkkəb qərarları müharibədən sonra qəbul etməli olmuşam. Akademiyanı bitirəndən sonra Bakı Hava Hücumundan Müdafiə Dairəsində xidmət etmişəm, alay, diviziya, korpus komandiri olmuşam. Zaqafqaziya Hava Hücumundan Müdafiə Dairəsinin komandanının birinci müavini, daha sonra bu dairənin komandanı olmuşam.

1982-1987-ci illərdə Varşava müqaviləsinin iştirakçısı olan ölkələrin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının Çexoslovakiya Hava Hücumundan Müdafiə Dairəsinin komandanı yanında nümayəndəsi olmuşam. Bu, yüksək vəzifə və böyük etimad əlaməti idi.

... Silahlı qüvvələrdə 40-ildən çox xidmət edəndən sonra 1987-ci ildə Tofiq Ağahüseynov ordudan tərxis olunub. Lakin Sovet İttifaqının dağılması və Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı silahlı təcavüzü generalı yenidən ordu sıralarına qaytarıb. O inanırdı ki. Erməni təcavüzünə yalnız müasir ordunun köməyi ilə son qoymaq olar. Azərbaycanda belə bir ordu yaradılmasında ölkə rəhbərliyi ilə bərabər Tofiq Ağahüseynov da illər boyu çalışıb.

1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təkidi ilə Tofiq Ağahüseynov hərbi xidmətə bərpa olunub və Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib. 2002-ci ilə qədər bu vəzifədə çalışıb, müasir Azərbaycan ordusunun yaradılmasına sanballı töhfə verib. 2002-2007-ci illərdə Prezidentin tövsiyəsi ilə Azərbaycan Müdafi Nazirinin müşaviri vəzifəsində işləyib.

-Siz Heydər Əliyevlə şəxsən tanış idiniz...

-Elədir, o hələ Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu vaxt tanış olmuşuq. O vaxtdan 30 ilə yaxın müddət keçmişdir. O mənə çox gözəl münasibət bəsləyirdi, mən də ona sonsuz hörmət edirdim. O, hər şeyi bilirdi. - hərbi sistemi də, mülki sistemi də. Bu, nadir adam idi. Biz onunla həmməslək idik, mən onun missiyasına həmişə inanmışam, təkcə ölkənin rəhbəri, ən yüksək ehtirama layiq olan dövlət xadimi kimi deyil, həm də ali əxlaqi keyfiyyətlərə malik, öz vətənini, Azərbaycan xalqını hədsiz sevən bir insan kimi ona səmimi münasibət bəsləmişəm.

Onun dünyasını dəyişməsi mənə çox ağır təsir göstərdi. 2007-ci ildə istefa verdim. On il işləmədim. 2017-ci ildə məni Azərbaycan Müharibə, Əmək və Silahlı qüvvələr veteranları təşkilatının sədri vəzifəsinə dəvət etdilər. Yenidən döyüş postundayam. Hərə bir cür qocalır. Sağ qalan Böyük Vətən müharibəsinin veteranlarını sayı çox deyil. Keçən il bu vaxt bizim təşkilatın uçotunda 389 nəfər vardı, indi 260 adam qalıb. Martın əvvəlində 263 nəfər idik. Təkcə bir ayda 3 nəfər aramızdan gedib. Bizdə bütün Müharibə, Əmək, Silahlı qüvvələrin təşkilatları və hüquq-mühafizə orqanları, veteranları həlak olmuş, vəfat etmiş, müharibə və əmək veteranlarının dul qadınları, habelə respublikanın bütün veteran təşkilatları adbaad qeydiyyatdadır. Bizdə uçotda olan adamların ümumi sayı 95 mindir. Azərbaycanda neçə veteran olduğunu bizdən başqa heç kəs bilmir. Hamı bu barədə məlumatı bizdən alır.

-Tofiq Yaqub oğlu, siz o xoşbəxt insanlardansınız ki, həyatının sonuna qədər, siz demişkən, döyüş postunda öz missiyasını yerinə yetirmək imkanı qazanıb. Mülki ictimai təşkilatın rəhbəri rolunda özünüzü necə hiss edirsiniz?

-Mən ilk növbədə, bizim prezidentimiz İlham Əliyevə onun veteranlara göstərdiyi daimi qayğıya görə minnətdaram. Bizə bu cür münasibət çox dəyərlidir və Prezidentin yaşlı nəsil qarşısında öz borcunu ləyaqətlə yerinə yetirən, beləliklə xalqımızın ən yaxşı ənənələrindən birini - yaşlılara hörmət ənənəsini qoruyub saxlayan insan olmasına dəlalət edir. Bizim təşkilatın gözəl binası, öz yeməkxanası, akt zalı var. Bütün keçmiş sovet respublikalarından, xarici ölkələrdən bizə qonaqlar gəlir. 2015-ci ildə bizim ofisi şəxsən İlham Heydər oğlu və Mehriban xanım açdılar. Əvvəl bizim təşkilata Nazirlər Kabinetinin binasında bir neçə otaq ayrılmışdı.

Biz beynəlxalq səviyyədə böyük iş aparırıq, Beynəlxalq "Müstəqil Dövlətlərin İctimai Veteran Təşkilatları Birliyi" ittifaqının əlaqələndirmə şurası, MDB ölkələrinin veteran təşkilatları ilə əlaqə saxlayır.

1997-ci il noyabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı qüvvələr veteranları təşkilatı, Ümumdünya Veteranlar Federasiyasının Baş Assambleyasının iclasında bu federasiyaya üzv qəbul edildi.

Yuxarıda adlarını çəkdiyim təşkilatların keçirdiyi tədbirlərdə iştirak etməsi sayəsində Azərbaycan veteranlar təşkilatı Azərbaycanın beynəlxalq səviyyədə təsdiq edilmiş ərazi hüdudlarının bərpa edilməsinə qarşı Ermənistanın hüquqazidd siyasəti barədə mötəbər informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün böyük iş aparır.

İndi biz Böyük Vətən müharibəsində azərbaycanlıların iştirakı barədə kitab hazırlayırıq. Gənclər üçün nəzərdə tutulan bu kitabda müharibənin necə başlanması təsvir edilir, qələbənin qazanılmasında Azərbaycanın və azərbaycanlıların rolu göstərilir. Məsələn, az adam bilir ki, Nürnberq prosesində azərbaycanlı tərcüməçilər olub, biz əvvəllər məlum olmayan çoxlu belə faktlar tapmışıq.

-Tofiq Yaqub oğlu, siz, əlbəttə, hər il mayın 9-da Moskvada keçirilən qələbə paradlarında iştirak etmisiniz. Həmin paradlar bu gün müasir cəmiyyətin həyatında nə rol oynayır?

-Mən 1952-ci ildə keçirilən paradda yürüşçü kimi iştirak etmişəm. O vaxt Stalin hələ sağ idi, mən F.Dzerjinski adına akademiyada oxuyurdum. Sonra bir dəfə də faşist Almaniyası üzərində qələbənin 50 illiyi bayram edilən vaxt qələbə paradında iştirak etdim. Bu, hər bir iştirakçı üçün, mənim fikrimcə həmin parada televiziya ilə qızıl meydanın tribunalarından baxanların hamısı üçün unudulmaz anlar idi. Mənim bildiyimə görə Böyük Qələbənin 75 illiyi şərəfinə təşkil edilən parad xüsusi ilə möhtəşəm olmalıdır. Mən fəxr edirəm ki, yubiley paradında Azərbaycan ordusunun döyüşçüləri də iştirak etməlidirlər. Paradlar gənc nəslin tərbiyəsi işində də mühüm rol oynayır. Belə tədbirlərdə iştirak etmək vətənpərvərlik ruhunu yüksəldir, öz ölkəsinə görə qürur hissi keçirməyə imkan verir və həyat göstərir ki, qloballaşma dövründə dünyada baş verən bütün dəyişikliklərə baxmayaraq bu gün də gənclərə lazımdır.

-Söhbət üçün təşəkkür edirəm.

Larisa Cavanşir

Məxsusi AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir