Azərbaycan Dövlət İnformasiya Agentliyi

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Prezident İLHAM ƏLİYEV Baş nazir Rəcəb Tayyib Ərdoğana müraciətlə dedi:

- Hörmətli cənab Baş nazir, əziz qardaşım!

Hörmətli qonaqlar,

Mən Sizi Azərbaycanın qədim torpağı olan Naxçıvanda səmimiyyətlə salamlayıram bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və əminəm ki, onun nəticələri də çox uğurlu olacaqdır. Biz xüsusilə bütün ikitərəfli, çoxtərəfli, regional məsələləri geniş müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə, gələcək illərdə çalışacağıq ki, bütün sahələrdə işbirliyi, qardaşlıq münasibətləri daha da inkişaf etsin. Bizim qarşımızda çoxlu layihələr var. Biz birlikdə bölgədə ən önəmli layihələri uğurla gerçəkləşdiririk. Bizim birgə fəaliyyətimizdən həm ikitərəfli münasibətlər, həm də bölgədə gedən proseslər xeyli dərəcədə asılıdır. Mən Sizinlə birlikdə Naxçıvana gəlmiş bütün dostlarımızı, qardaşlarımızı salamlayıram. Bəzilərini tanıyıram, bəzilərini ilk dəfə görürəm. Bu da çox əlamətdar hadisədir. Çünki Siz böyük bir heyətlə Naxçıvana gəlmisiniz. Bir daha demək istəyirəm ki, Naxçıvan qədim Azərbaycan torpağıdır və Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd yeri buradır və o sərhəddə vaxtilə tikilən körpü yeganə keçid yeri olubdur. Ona “Ümid körpüsü” adı verilmişdir. Körpü tikiləndə, əslində, o, həyat körpüsü idi. Çünki Naxçıvanı mühasirədən çıxaran yeganə bir yol idi. İndi isə Naxçıvan da sürətlə inkişaf edir və Siz bu gün bunu görəcəksiniz. Əziz qardaşım, bir daha Sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz.

Sonra Baş nazir RƏCƏB TAYYİB ƏRDOĞAN çıxış edərək dedi:

- Əvvəlcə, çox təşəkkür edirəm. Gəldiyimiz andan etibarən istər mənə, istərsə də nümayəndə heyətimə göstərilən hörmətə görə xüsusi minnətdarlığımı bildirirəm. Bir müddət əvvəl Sizin nümayəndə heyəti Türkiyədə idi. Bizi orada məmnun etdilər. Təbii ki, Türkiyə və Azərbaycan qardaşdır və aramızdakı əlaqələr bütün sahələrdə - istər siyasi, istər hərbi, istər iqtisadi, istər ticari, istərsə də mədəni sahədə günbəgün inkişaf edir.

Biz buraya bir çox nazir dostlarımızla bərabər gəlmişik. Sərhəd şəhəri Naxçıvanda keçirəcəyimiz görüşlərin çox böyük mənası olacaqdır. Bu baxımdan biz buna çox böyük əhəmiyyət veririk. Mən xüsusilə Naxçıvanı görməyi çox arzulayırdım. Ötən səfərim zamanı bu istəyimi Sizə də söyləmişdim. Bugünkü görüşlərimizdən sonra edəcəyimiz ziyarətlər inanıram ki, bu səfərimizi daha da mənalı edəcəkdir.

Xüsusilə Sizin rəhbərliyinizlə Azərbaycan son dövrlərdə çox ciddi sıçrayış əldə etmişdir. Mərhum Heydər Əliyev tərəfindən başlanan inkişaf hazırda sürətlənərək davam edir. Təbii ki, bu inkişaf prosesi bölgədə Azərbaycanın əhəmiyyətini artırır. İnanıram ki, bundan sonrakı illərdə elm sahəsində görüləcək işlər gələcəkdə Azərbaycan gəncliyinin gücünü daha artıracaqdır.

Enerji məsələsində Azərbaycanın önəmi sayəsində Türkiyə bir tranzit rolunu oynayır. Bu sahədəki həmrəyliyimiz çox böyük önəm kəsb etməyə başlamışdır. Təbii ki, Bakı-Tbilisi-Ceyhan bunun ən böyük örnəyini təşkil etdi və Bakı-Tbilisi-Ərzurum isə ikinci bir nümunəsi oldu. Bütün bunlar həmrəyliyimizin ən gözəl nümunələridir. Allaha şükürlər olsun ki, Bakı-Tbilisi-Qars dəmir yolu yüksək bir nöqtəyə gəldi və qarşıdan gələn ayda layihənin Türkiyə hissəsinin təməli atılacaqdır.

 
######
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir