GENİŞ TƏRKİBDƏ GÖRÜŞ
Tallinn, 7 aprel (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyevin və Estoniya Prezidenti Toomas Hendrik İlvesin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Bu səfərin ikitərəfli əlaqələrin inkişafı və gələcək əməkdaşlığımızın genişlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Azərbaycan ilə Estoniya arasında münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Prezidentlər ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri çərçivəsində vacibliyini vurğuladılar.
######
