DÜNYA
Geriyə dönüşü olmayan səfər
Bakı, 31 dekabr (AZƏRTAC). 2023-cü ildə dörd nəfər yer sakini bir daha geri qayıtmamaq şərti ilə Marsa uçacaqdır. Nobel mükafatı laureatı fizik, Cerardüst Hooftun rəhbəri olduğu “MarsOne” layihəsi çərçivəsində Marsa göndəriləcək iki qadın və iki kişi bu planetdə insan düşərgəsinin yaradılması istiqamətində ilk addımlar atacaqdır.
AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, aprel ayından başlayaraq müxtəlif ölkələrdən 200 min nəfər Marsa getmək üçün namizədliyini irəli sürmüşdür. Geriyə dönüşü olmayan bu səfərə könüllü surətdə yollanmaq istəyənlərin seçimi aparılmış və ikinci tura yalnız 1058 nəfər qalmışdır. Marsa uçacaq dörd nəfər həmin namizədlərin arasından seçiləcəkdir. Onların sırasında 6 türk də vardır və türk könüllülərinin yalnız 3-cü adının açıqlanmasına razılır vermişdir: Doktar Gülər Ergün, Yasemin Higgins və Ece Kabadayı.
Telekanalın məlumatına görə, Marsa gedən insanlar özləri ilə su ehtiyatı götürsələr də, sonradan suyun Mars torpağından çıxarılması nəzərdə tutulur. Ərzaq da eyni qayda üzrə Marsda yetişdiriləcəkdir.
Layihəsinin əsas hədəfləri arasında nəsilartırma da vardır. Lakin planetdə cazibə qüvvəsinin aşağı olması səbəbindən hamiləliyin nə ilə nəticələnəcəyi bilinmədiyi üçün ilk vaxtlar doğuşa icazə verilməyəcəkdir.